Bakıda yol polisi sərxoş ər-arvadı yaxaladı
06 fevral 2015 11:15 (UTC +04:00)

Bakıda yol polisi sərxoş ər-arvadı yaxaladı

Gecə Bakının şimal istiqamətində olan Baş Dövlət Yol Polisi İdarəsinin ekoloji postunda reyd keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədi ilə sərxoş sürücülərə qarşı keçirilən reyd zamanı xeyli qayda pozan sürücü aşkar edilib.

Lent.az xəzərxəbər-ə istinadən xəbər verir ki, sənədlərinin yoxlanılması üçün saxlanılan bir minik maşının xanım sürücüsünün sərxoş olduğu aşkarlanıb. Onun nəinki sürücülük vəsiqəsi, heç idarə etdiyi avtomobilə aid heç bir sənədi yoxdur. Onun həyat yoldaşı kimi təqdim etdiyi şəxsin özünün də sərxoş olduğu məlum olub. Onlar əvvəlcə polisə tabe olmaq istəməyiblər, amma sonra özləri ilə yanaşı, digər sürücü və ya piyadaların da həyatını təhlükəyə atan qadın sürücü spirtli içki qəbul etdiyini etiraf edib.

Ər-arvad yol polisi tərəfindən tibbi müayinədən keçirilməyə, avtomobilləri isə cərimə meydançasına aparılıb. 

Reyd zamanı ''NİVA'' markalı minik maşınının sürücüsü avtomobilə konstruksiya dəyişikliyi etdiyi üçün saxlanılıb. Həmin sürücü barəsində də protokol yazılaraq avtomobili cərimə meydançasına aparılıb. Gecə boyu davam edən reyd zamanı avtomobili pərdə ilə idarə edən sürücü də aşkar edilib. Baxmayaraq ki, yol polisi 2 ay yarıma yaxındır ki, sürücülərə avtomobili pərdə ilə idarə etməyin qadağan edildiyini bəyan edib. 

Yollarda təhlükəsizliyi təmin etmək məqsədi ilə bu cür gecə reydləri, xüsusən də sərxoşlara qarşı, mütəmadi davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar