Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabunçu rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər qonşu mənzilin eyvanından 5-ci mərtəbədə yerləşən mənzilin eyvanına enərək içəri daxil olub.
Xilasedicilər yatmış vəziyyətdə aşkarlanmış azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:36-da başa çatıb.