Bakıda xəstəxanada yanğın oldu
07 oktyabr 2015 22:03 (UTC +04:00)

Bakıda xəstəxanada yanğın oldu

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda beşmərtəbəli “Neftçilər” xəstəxanasının zirzəmisində yerləşən, sahəsi 20 kv.m olan 1 otağında yığılmış 5 ədəd “Fujitsu” markalı və 4 ədəd “BEKO” markalı kondisionerlər yanıb.

 

Otaqda yerləşən 6 ədəd elektrik lövhəsi, 1 ədəd 20 litr olan oksigen balonu və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar