Bakıda universitetin qarşısından tələbə qızı qaçırdılar
19 noyabr 2017 14:33 (UTC +04:00)

Bakıda universitetin qarşısından tələbə qızı qaçırdılar

Bakıda universitetin qarşısından tələbə qız qaçırılıb. Lent.az xəbər verir ki, Beyləqan rayon sakini, 1948-ci il təvəllüdlü Aslanova Tamilla Zeynalabdin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 17-də saat 13:00 radələrində  Azərbaycan Pedaqoji Universitetin 2-ci kurs tələbəsi olan 18 yaşlı qızı Nigar (ad şərtidir) universitetin qarşısından qaçırılıb.

 

Şikayətçi əlavə edib ki, qızının qaçırılmasını Beyləqan rayon sakini, 1996-cı il təvəllüdlü Əliyev Mirkənan Nazim oğlu təşkil edib.

 

Qadın qızının evə qaytarılmasında polisdən kömək istəyib.

 

Araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar