Bakının mərkəzində yerləşən universitetdə oğurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, İstiqlaliyyət küçəsi 27 ünvanında yerləşən “Qərb” universitetinin kitabxanasından kompüterlər naməlum şəraitdə yoxa çıxıb. Universitetin kitabxanasının direktoru vəzifəsində çalışan Əhmədova Reyhan İsgəndər qızı polisə yazdığı ərizədə göstərib ki, naməlum şəxs və ya şəxslər pəncərədən universitet binasına daxil olub. Kitabxanadan 3 ədəd HP markalı kompüter və digər qiymətli əşyalar götürülüb.
Hazırda faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.