Bu gün Bakı şəhərinin Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Ələt yolunun 70-ci kilometrliyində “Socar” YDM-nin yaxınlığından Türkiyə vətəndaşı Soylu Seyran ağır bıçaq xəsarətləri ilə Mərkəzi Klinik Xəstəxanaya gətirilib. Yaralının döş qəfəsinin sol tərəfində və boğazında daxilə nüfuz edən xəsarətlər aşkarlanıb.
Faktla əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.