Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb -<span style="color:red;">YENİLƏNİB
03 mart 2014 14:23 (UTC +04:00)

Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb -YENİLƏNİB

0

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi iki həftə əvvəl paytaxtda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, prokurorluq və daxili işlər orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində qeyri-aşkar şəkildə törədilmiş qətlin açılması və cinayətin törədilməsində şübhəli bilinən şəxsin tutularaq istintaqa cəlb olunması təmin edilib. Belə ki, fevalın 18-də Bülbülə qəsəbə sakini Güllərə Qurbanovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə aşkar edilib. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən həmin qəsəbədə yaşayan mərhumun qohumu Elşən Vəliədov martın 1-də tutularaq istintaqa cəlb olunub, rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

*****

 

11:05

 

 

Fevralın 18-də Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 1946-cı il təvəllüdlü Gülnarə Ağayevanın uzaq qohumu, 1983-cü il təvəllüdlü Vəliədov Elşən İsrafil oğlu tərəfindən qətlə yetirilməsi müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində lal-kar qadını amansızlıqla öldürən 31 yaşlı paytaxt sakini tutulub. İlkin ifadəsində o, qətl törətdiyini etiraf edib. E.Vəliədov bildirib ki, 68 yaşlı qadını döydükdən sonra onun başını qolunun arasına alıb və boğaraq öldürüb.

 

Hadisədən sonra E.Vəliədovun evdən bəzi qiymətli əşyaları götürdüyü də bildirilir.

 

Qeyd edək ki, G.Ağayevanın qətlə yetirilməsini ilk olaraq 17 yaşlı nəvəsi Leyla İsrafilzadə görüb. Evə gələn qız nənəsini çarpayıda qan içində görüb və haray salıb.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10549

Oxşar yazılar