Bu gün səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində, Biləcəri meydanı kimi tanınan ərazidə taksi sürücüsü bıçaqlanaraq qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Qətlin səbəbləri araşdırılır.
Hadisəni törətmiş şəxs müəyyən edilib. Hazırda faktla bağlı dəqiqləşdirmələr aparılır.