Bakıda şirkət işçisi özünü 11-ci mərtəbədən atdı
06 aprel 2018 15:49 (UTC +04:00)

Bakıda şirkət işçisi özünü 11-ci mərtəbədən atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Xətai rayonu Xudu Məmmədov küçəsi 33A ünvanındakı çoxmərtəbəli binada yaşayan 1983-cü il təvəllüdlü Anar Cəbrayıllı özünü 11-ci mərtəbədə yerləşən evinin eyvanından atıb. O, hadisə yerindəcə keçinib.

 

İlkin araşdırmalardan sonra məlum olub ki, A.Cəbrayıllı ailəlidir və Bakıda fəaliyyət göstərən dərman satışı şirkətlərindən birində işləyir.

 

O bir neçə dəfə nevroloji problemləri ilə bağlı müalicə olunubmuş. Bu ayın 12-də Anarın 35 yaşı tamam olacaqmış.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320

Oxşar yazılar