Oktyabrın 24-də Nardaran qəsəbəsində baş vermiş silahlı insidentin bəzi məqamları aydın olub. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisə marketin qarşısında baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Anar Quliyev marketin qarşısında dayandığı zaman qara rəngli “Vaz 2106” markalı ora yaxınlaşıb. Avtomobilin sükanı arxasında olan sürücü açıq pəncərədən tüfəngi yol kənarındakı 24 yaşlı gəncə tuşlayıb və atəş açıb. A.Quliyev bud nahiyəsindən xəsarət alıb və xəstəxanaya aparılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, hadisəni törədən Nardaran qəsəbə sakini 29 yaşlı Vasif Cabbarovdur. V.Cabbarov saxlanılıb. V.Cabbarov ilə A.Quliyev arasındakı münasibətlər barəsində ətraflı məlumat verilmir.
*****
25.10.2013 / 13:40
Bakı şəhərinin Sabunçu rayonu ərazisində silahlı insident baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də paytaxtın Nardaran qəsəbəsi ərazisində qəsəbə sakini Vasif Cabbarov xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq Maştağa qəsəbə sakini Anar Quliyevə bud nahiyəsindən xəsarət yetirib.
A.Quliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. V.Cabbarov isə Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.