
Bakıda sevdiyi qıza sürpriz edən gənci belə döydülər - VİDEO
Bakıda qıza sevgisini qeyri-adi üsulla bildirmək istəyən gənc başına iş açıb. O, gecə saatlarında qızın yaşadığı binanın həyətinə gələrək bir neçə fişənglə atəşfəşanlıq etmək istəyib. Fişənglərin səsi güclü olduğundan bina sakinləri həmin şəxsi döyüblər. Hadisə yerinə gələn polis həmin şəxsi saxlayıb.
Hadisə gecə vaxtı paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon Adil Məmmədov küçəsi 11 ünvanında baş verib.
Sakinlərin sözlərinə görə, binanın qarşısına gələn gənc oğlan həmin binada yaşayan sevdiyi qızı təsirləndirmək üçün fişəng atıb. Bunu görən bina sakinləri onu əhatəyə alaraq döyməyə başlayıb.
Fişəng güclü səs çıxardığından uşaqlar və yaşlı insanlar qorxublar. Hətta ürəyi gedən də olub. Bu səbəbdən də hadisə yerinə xeyli sayda təcili yardım avtomobilləri gəlib.
Sakinlər həmin şəxsi döyərkən 7-ci polis bölməsinin əməkdaşları əraziyə gələrək onları ayırıblar. Polis həmin gənci saxlayaraq bölməyə aparıb. Faktla bağlı araşdırma davam edir.
(Xezerxeber)
Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO
22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı
21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü
21 iyun 2025 , 20:12
DTX-nın saxladığı icra başçısı həbs olundu
21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü
21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər tapıldı
21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır
21 iyun 2025 , 16:42