Bu rayonda 17 min abonentin qazı kəsilir
21 iyun 2025 17:37 (UTC +04:00)

Bu rayonda 17 min abonentin qazı kəsilir

Masallı rayonunda 37 kənd üzrə 17 000 abonentin qaz təchizatı dayandırılacaq.

Lent.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Buna səbəb rayon ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyasında təzyiq tənzimləyicisinin, kürəvi kranın və flans birləşməsinin ləğvi ilə bağlıdır. Qeyd olunub ki, qaz təchizatının dayandırılması iyunun 23-də, saat 10:00-dan işlər başa çatanadək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar