Dekabrın 9-da Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusu ağır yol qəzası törədib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu qəsəbəsində, dəmir yolu stansiyasının yaxınlığında 57 saylı xətt üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu piyada, 1952-ci il təvəllüdlü Məhərrəmov Mikayıl Muxtar oğlunu vurub. 61 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.