Bakıda səfirlik əməkdaşını soyan şəxs dilənçi imiş
25 fevral 2014 13:04 (UTC +04:00)

Bakıda səfirlik əməkdaşını soyan şəxs dilənçi imiş

0

Bakıda Rusiyanın Azərbaycandakı səfirini soyan şəxs tutulub. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də Rusiya Federasiyası vətəndaşı İnnokenti Nefodova zor tətbiq edərək soyğunçuluq yolu ilə içərisində 100 manat pul və xidməti vəsiqəsi olan kisəsini alıb qaçmış daimi yaşayış yeri olmayan Namaz Bakirov tutulub.

 

Bildirilir ki, səfirin müşavirini soyan 1996-cı il təvəllüdlü Bəkirov Namaz Nadir oğlu Yevlax rayon sakinidir və Bakıda dilənçiliklə məşğul olurmuş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 724

Oxşar yazılar