Bakıda səfirin avtomobili qəza törətdi
27 fevral 2014 18:09 (UTC +04:00)

Bakıda səfirin avtomobili qəza törətdi

0

Hadisə zamanı Argentinanın Azərbaycandakı səfirinin həyat yoldaşı avtomobildə olub

 

Bakıda səfirlik avtomobili qəza törədib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Rixard Zorge küçəsi 5 ünvanının qarşısında 1990-cı il təvəllüdlü Nağıyev Orxan Xəzər oğlunun idarə etdiyi və Argentinanın Azərbaycandakı səfirliyinə məxsus olan “BMW” “Mercedes”lə toqquşub. Səfirin xidməti avtomobilinin Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Yusifzadə Nurlan Fəzail oğlunun sürdüyü digər avtomobilə çırpılması nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza zamanı səfirin həyat yoldaşı da avtomobildə olub. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1600

Oxşar yazılar