Bakıda saxta pul kəsən nigeriyalılar <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
20 avqust 2015 15:46 (UTC +04:00)

Bakıda saxta pul kəsən nigeriyalılar MƏHKƏMƏ QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirli bilinən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmnauel Chinyerenin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. 

Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 28-nə təyin edilib  

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmnauel Chinyere paytaxtın Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar.  Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Səlcuq Elçin

Oxşar yazılar