Bakıda şadlıq sarayının qarşısında faciəvi hadisə: <span style="color:red;">ölən var  - YENİLƏNİB
13 dekabr 2016 11:51 (UTC +04:00)

Bakıda şadlıq sarayının qarşısında faciəvi hadisə: ölən var - YENİLƏNİB

Bakıda yol qəzasında ölən şəxsin adı müəyyənləşib. Lent.az-ın məlumatına görə, dekabrın 12-də saat 16 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Muxtar Qasımov idarə etdiyi "Hyundai" markalı avtobusla yolu keçən paytaxt sakini, 1974-cü il təvəllüdlü Şahbaz Qasımzadəni vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 

Xətai RPİ tərəfindən araşdırma aparılır. 

 

 

*****

 

11:51

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Gəncə prospektindəki "Fəridə" şadlıq sarayının qarşısında baş verib. "Hyundai" markalı minik avtomobili restoranının qarşısında yola çıxan 35-40 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılsa da, artıq gec olub.

 

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Nizam Rza

Oxşar yazılar