Bakıda ər arvadını güllələyib. Lent.az-ın məlumatına görə, hadisə kənd Əhmədli yaşayış massivində qeydə alınıb. 1977-ci il təvəllüdlü Kənan Qasımov qısqanclıq zəminində odlu silahla həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nazilə Qasımovanı güllələyib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
K.Qasımov saxlanılıb. O ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Araşdırmalar davam etdirilir.