Bakıda qəzada yaralanan qadın 3 gün yaşadı
12 may 2016 12:52 (UTC +04:00)

Bakıda qəzada yaralanan qadın 3 gün yaşadı

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış qadın ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 9-da saat 19 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı şəhər sakini Taleh Fərzəliyevin idarə etdiyi “KamAZ” və Sabirabad rayon sakini İdris Nəsirovun idarə etdiyi “Reno” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.Nəsirovun sərnişini Rahilə Nəsirova mayın 11-də orada ölüb.

 

BDYPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112
avatar

Oxşar yazılar