Bakıda bir nəfərin ölümü, birinin isə yaralanması ilə nəticələnmiş qəza hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda "OPEL" markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü xəsartət alıb, onun sərnişini, 1966-cı il təvəllüdlü Qasımova Nəzirə Zakir qızı isə hadisə yerində ölüb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını, həmçinin N.Qasımovanın cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.