Bakı dairəvi yolunda qəza baş verib.
Lent.az-ın məlumatına görə, idarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir arakəsmələrə çırpılıb.
Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, baş verən avtoqəza zamanı 2 nəfər, 23 və 27 yaşlı qadınlar kəllə-beyin travması alıb və hazırda onlar Kliniki Tibbi Mərkəzə aparılırlar.