Bakıda qatar maşını vurdu: eyni ailədən 4 nəfər yaralandı - <span style="color:red;">YENİLƏNİB
31 oktyabr 2015 06:10 (UTC +04:00)

Bakıda qatar maşını vurdu: eyni ailədən 4 nəfər yaralandı - YENİLƏNİB

0

Bakının Lökbatan qəsəbəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

 

APA-nın məlumatına görə, Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi dəmir yolu keçidini bağlayıbmış. Lakin KİA markalı avtomobilin qadın sürücüsü tələsdiyini bildirib və ondan keçidi açmağı xahiş edib. Növbətçi şlaqbaumu açıb, minik maşını keçərkən sürətlə yük qatarı keçidə yaxınlaşıb. KİA-nın sürücüsü özünü qorxudan itirib və maşını dəmiryolu xəttinin üstündə saxlayıb. Nəticədə qatar maşını vurub.

 

Hadisə nəticəsində üç bacı - 42 yaşlı Əliyeva Xatirə Əhyəli qızı, 38 yaşlı Əliyeva Alidə Əhyəli qızı, 46 yaşlı Aslanova Cavidə Əhyəli qızı və sonuncunun övladı, 13 yaşlı Aslanov Həsən İlkin oğlu ağır xəsarət alıblar. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, minik avtomobilini bacılardan biri idarə edirmiş.

 

Qaradağ rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır. Artıq keçid növbətçisi dindirilib.

 

Qeyd edək ki, bu, eyni keçiddə baş verən ilk qəza deyil. 2012-ci il avqustun 31-də eyni yerdə 124 saylı sərnişin avtobusu ilə qatar toqquşmuşdu. Həmin qəza nəticəsində 6 nəfər ölmüş, 44 nəfər yaralanmışdı. Hadisədən sonra Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi və avtobusun sürücüsü həbs olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər ikisi 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

 

***

 

Bakıda yük qatarı minik maşınını vurub, 4 nəfər xəsarət alıb.

 

APA-nın məlumatına görə, hadisə Lökbatan qəsəbəsi ərazisində baş verib.

 

Xəbərdaqlığa məhəl qoymayan KİA markalı avtomobilin sürücüsü dəmiryolu keçidinə daxil olub. Bu zaman oradan keçən yük qatarı avtomobili vurub. Hadisə nəticəsində üç bacı - 1973-cü il təvəllüdlü Əliyeva Xatirə Əhyəli qızı, 1977-ci il təvülldülü Əliyeva Alidə Əhyəli qızı, 1969-cu il təvəllüdlü Aslanova Cavidə Əhyəli qızı və sonuncunun övladı, 13 yaşlı Aslanov Həsən İlkin oğlu ağır xəsarət alıblar. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

 

İlkin məlumata görə, minik avtomobilini bacılardan biri idarə edirmiş.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar