Bakı şəhərinin Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 14 -nə keçən gecə Biləcəri qəsəbəsində yaşayan 31 yaşlı Adilə Veystani bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində qadının qardaşı, 37 yaşlı Bəhruz tərəfindən bıçaqlanması məlum olub. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb. O, ilkin ifadəsində bildirib ki, bacısını gecə evə gec qayıtdığına görə, bıçaqlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.