Bakıda qadına qarşı soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu A.Heydərov küçəsində baş verib. Həmin küçədə 27 saylı binanın qarşısında, naməlum şəxs Montin qəsəbə sakini, 1982-ci il təvəllüdlü Qönçə Məmmədovaya hücum edib. Qadının əlindəki çantadakı 8 min 200 manat nəğd pulu açıq talama yolu ilə alan şəxs sürətlə ərazidən uzaqlaşıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.