Bakı şəhərinin Yasamal rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 3-cü Yasamal yaşayış massivi, Mustafayev küçəsində yaşayan 1940-cı il təvəllüdlü Nübar Salmanova müraciət edərək bildirib ki, naməlum şəxs evdə kimsənin olmadığı vaxt mənzilə soxulub. Evdən 7800 manat pul götürülüb.
Hazırda faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.