Bakıda qadını yerə yıxıb soydular
11 iyun 2014 11:24 (UTC +04:00)

Bakıda qadını yerə yıxıb soydular

Quldurluqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 39 yaşlı Vladislaf Arifoviç Nestrov mayın 23-də K.Şamilov küçəsində yaşayan Gövhər Nəsibovanın baş nahiyəsindən daş parçası ilə vurub. Daha sonra G.Nəsibovanı yerə yıxaraq qulağındakı qızıl sırğaları qopararaq qaçıb.

 

V.Nestrov iyunun 6-na keçən gecə İ.Hacıyev küçəsində yaşayan Təranə Eyvazovanın da mənzilindən oğurluq edib.

 

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Nestrov yaxalanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518

Oxşar yazılar