Bakıda qadın həyat savaşında <span style="color:red;">- ŞOK GÖRÜNTÜLƏR
16 fevral 2015 14:19 (UTC +04:00)

Bakıda qadın həyat savaşında - ŞOK GÖRÜNTÜLƏR

Bu gün saat 11 radələrində Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada bədbəxt hadisə baş verib. Lent.az-ın "Yeni Müsavat" qəzetinə istinadən məlumatın görə, doqquzmərtəbəli binanın beşinci mərtəbəsində bir gənc qadın eyvanda paltar asarkən yıxılıb. O, son anda eyvandan yapışa bilsə də gücü kifayət etməyib və 5-ci mərtəbədən yerə yıxılıb. Hadisə şahidi deyir: "Ərinin əlindən yapışıb qışqırırdı. Artıq aşağıda adamlar da yığışmışdı. Görünür, onlar bir neçə dəqiqə idi ki, bu vəziyyətdə idilər. Qəfildən qadın əlini buraxdı və gözlərimizin önündəcə yerə çırpıldı".

Hadisə şahidlərinin sözlərinə görə, gənc qadın ayağının altına stul qoyaraq paltar asırmış, qəfildən ayağı sürüşüb və aşağıya yuvarlanmaq üzrə olarkən eyvandan yapışa bilib. Onun köməyinə əri gəlib. O, biri müddət qadını saxlaya bilsə də, sonda gücü tükənib və onun əlindən çıxan qadın binanın önündəki torpaq hissəyə düşüb. Xoşbəxtlikdən, torpaq nəm olub və qadın ölməyib. Aşağıda dayanmış adamlar onu təcili olaraq xəstəxanaya çatdırıblar. 

Şahidlər deyirlər: “Biz qadının səsinə gəldik. Gördük ki, balkondan sallanıb və kömək istəyir. Onun həyat yoldaşı isə əllərindən tutub, yuxarı çəkmək istəyir. Amma gücü çatmırdı. Üstəlik həyəcanlı olması da hiss edilirdi. Biz kömək etmək istəyirdik, amma bu, qeyri-mümkün idi. Çünki mənzilin qapısı bağlı idi. Nə xanımın əri qadının əllərini buraxıb, qapını aça bilərdi, nə də biz 5-ci mərtəbəyə başqa yolla qalxa bilərdik. 

Aşağıda dayanaraq, qadını tutmağa çalışdıq. Amma alınmadı. Qadın yerə düşən zaman birinci mərtəbədəki mənzilin balkonundakı üst örtüyə çırpıldı. Ona görə də tuta bilmədik. Amma bəxti gətirdi ki, yer beton deyildi. Sadəcə palçıq idi. Qadın yerə düşən kimi onu dərhal hospitala apardıq. Ölməmişdi, sağ idi. Başı arxadan qanamışdı. O da yerə düşəndə 1-ci balkondakı örtüyə çırpıldığına görə idi. 

Mənim üstüm gördüyünüz kimi qan içindədir. Vətəndaşlıq borcumu yerinə yetirib, qadına köməklik etdim. Apardıq hospitala. Qadının sol qolu qırılmışdı. Ağrıdan huşunu da itirdi. Beli üstə düşdüyü üçün nisbətən az xəsarət alıb. Amma indi vəziyyəti necədir, onu bilmirəm”.

Məsələ ilə bağlı “Modern” hospitalı ilə əlaqə saxladıq. Hospitaldan verilən məlumata görə, qadının vəziyyəti çox ağırdır: “Xəstə Lalə Bayramovanı bizə ağır vəziyyətdə gətiriblər. Hazırda onun vəziyyəti çox pisdir. Bədənin müxtəlif hissələrində, körpücük və onurğa sümüyündə sınıqlar var”. 

Ətrafda olanlardan biri qadının eyvandan sallanma və aşağı düşmə epizodunu mobil telefonla lentə alıblar. Həmin videonu təqdim edirik: 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46