Bakıda polisi ayağa qaldıran zəng
17 yanvar 2014 15:50 (UTC +04:00)

Bakıda polisi ayağa qaldıran zəng

Bakıda bəzi inzibati binalara partlayıcı yerləşdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Lent.az-ın məlumatına görə, qaynar telefon xəttinə zəng edən naməlum şəxs paytaxtın mərkəzindəki binalara partlayıcı yerləşdirilməsi ilə bağlı bildirib. Dərhal polis və xilasedicilər hərəkətə keçib, yoxlamalar aparılıb, təhlükəsizlik tədbirləri görülüb. Lakin verilmiş məlumat yanlış çıxıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polisə məlumat verən şəxsin Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanındakı Xəzər Dəniz Gəmiçiliyində məskunlaşmış məcburi köçkün, kəskin debillik xəstəliyindən əziyyət çəkən Ceyhun Cəfərov olması müəyyən edilib.

Qeyd edək ki, kəskin debillik ruhi xəstəliklərdən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4839
avatar

Nizam Rza

Oxşar yazılar