Ötən həftənin şənbə günü Bakının Xətai rayonunda öldürüldüyü bildirilən polis əməkdaşının intihar etdiyi məlum olub.
Lent.az-ın məlumatına görə, polis serjantı Həsənov Rəşad Nurəddin oğlunun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Məlumatda bildirilir ki, R.Həsənov Neapol prospekti, 43 ünvanında yerləşən liseyin 2 saylı yataqxananın binasından özünü aşağı atıb. Nəticədə o, asfalta çırpılaraq ölüb.
***
16/11/2013
10:42
Gecə Bakı şəhərinin Xətai rayon ərazisində qətl hadisəsi törədilib. Lent.az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Neapol prospekti, 43 ünvanında yerləşən liseyin 2 saylı yataqxanasının həyətindən 1978-ci il təvəllüdlü Həsənov Rəşad Nurəddin oğlunun cəsədi tapılıb. İlkin müayinə zamanı meyitin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlə aşkarlanıb. Qətlin kim tərəfindən hansı şəraitdə və nə səbəbdən törədilməsi məlum deyil.
Lent.az-ın əldə etdiyi məlumata görə, R. Həsənov polis serjantıdır. O, Sabunçu rayon mühafizə şöbəsində çalışırmış. Qətlə yetirilmiş 35 yaşlı polis əməkdaşının iki uşağı qalıb.
Faktla əlaqədar cinayət işi açılıb. Əməliyyat axtarış tədbirləri həyata keçirilir.