Suraxanı rayonundakı oksigen doldurma emalatxanasında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 31-də saat 04.00 radələrində Suraxanı rayonu Hovsan qəsəbəsi Quşçuluq sovxozunun ərazisindəki "Azəryolservis" ASC-yə məxsus "Səma" firması tərəfindən icarəyə götürülmüş oksigen doldurma emalatxanasında qaz sızmasından partlayış baş verib.
Nəticədə nəzarətçi otağının pəncərə şüşələri sınıb, oranın nəzarətçisi Hüseyn Hüseynovun yanına sovqat gətirmiş oğlu Rauf hadisə yerində ölüb.Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.
Trend