Bakıda nazirlik işçisi yıxılaraq ağır xəsarət aldı
19 sentyabr 2015 04:38 (UTC +04:00)

Bakıda nazirlik işçisi yıxılaraq ağır xəsarət aldı

Gecə  saatlarında Bakının Sabunçu rayonunda  bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 45 ünvanında yaşayan 44 yaşlı Yeganə İsmayılova yaşadığı mənzildə yıxılıb və onun qarın nahiyəsinə dəmir batıb. Yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb. Həkimlər Yeganə İsmayılovaya qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Yaralı qadın vəziyyəti ağır olduğu üçün əməliyyat olunub. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

 

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə  məlumat  verilib. Polis əməkdaşları Yeganə İsmayılovanın hansı şəraitdə xəsarət aldığını araşdırır.

 

Qeyd edək ki, naməlum şəraitdə xəsarət alan Yeganə İsmayılova nazirliklərdən birinin əməkdaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 115
avatar

Oxşar yazılar