Bakıda 2 nəfəri maşın vurub
11 sentyabr 2015 13:32 (UTC +04:00)

Bakıda 2 nəfəri maşın vurub

0

Bakıda naməlum  avtomobil qəza törədib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 10-da saat 13 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Mirsəməd Seyidov vurulub. M.Seyidova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Digər hadisə də Sabunçu rayonunda qeydə alınıb. Sentyabrın 10-da saat 02 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəvai Vəliyev vurulub və o, xəstəxanaya yerləşdirilib.

 

Hər iki faktla bağlı Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 189

Oxşar yazılar