Bakıda motosikletçini vurub öldürən şəxs tutuldu
07 sentyabr 2015 11:33 (UTC +04:00)

Bakıda motosikletçini vurub öldürən şəxs tutuldu

0

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxs saxlanılıb. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə isitnadən xəbər verir ki, sentyabrın 5-də saat 02:20 radələrində Yeni Dairəvi yolda Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Mehman Arif oğlu Qədimovun idarə etdiyi “Suzuki” markalı motosikletlə toqquşaraq ölümə səbəb olan, hadisə yerindən yayınan naməlum sürücü müəyyən edilib. DİN Növbətçi Hissələrin İdarəetmə Xidməti, Təhlükəsiz Şəhər Xidməti, Yasamal RPİ İstintaq Şöbəsi, Cinayət Axtarış Şöbəsi və yol polisi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində həmin şəxsin əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Cahangir Həsənbala oğlu Hüseynov olduğu müəyyən edilib. Sürücünün avtoqəzanı idarə etdiyi “Toyota-Corolla” markalı avtomobillə törətdiyi müəyyən olunaraq, saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar