Bakı şəhərinin Suraxanı rayonu ərazisində mənzildən külli miqdarda pul və qızıl oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əmircan qəsəbəsi, H.Z.Tağıyev küçəsi ev 9, mənzil 19 ünvanından 1965-ci il təvəllüdlü Abbasov Habil Şamil oğluna məxsus 24 min manat, 5 min dollar və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Hadisəni törədən şəxs və ya şəxslər hələlik məlum deyil. Əməliyyat tədbirləri davam etdirilir.