Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb
27 mart 2014 10:12 (UTC +04:00)

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb

0

Bakıda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb. Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu Salyan yolu küçəsi 2 ünvanında baş verib. Ev sahibi Müzəffərov Yaşar Qəzənfər oğlu polisə bildirib ki, martın 24-nə keçən gecə saat 23 radələrində mənzili tərk edib. bir neçə saat sonra evə qayıdarkən pəncərənin sındırıldığını və evdən 48 min manat, 11 min dollar və 20 min manatlıq qızılın oğurlandığını görüb.

 

 

Zərərçəkmiş Y.Müzəffərov Lent.az-a bildirib ki, bir müddət əvvəl ev satıb və həmin pul da satışdan əldə olunub. Hazırda faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1659

Oxşar yazılar