Bakıda mənzildən 5 min dollar və 13 min manatlıq qızıl oğurlanıb
24 yanvar 2017 12:02 (UTC +04:00)

Bakıda mənzildən 5 min dollar və 13 min manatlıq qızıl oğurlanıb

Nəsimi rayonu ərazisindəki evlərdən birindən külli miqdarda pul və qızıl oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərdən birindən 5000 ABŞ dolları, 13000 manat dəyərində qızıl əşyalar, 1 ədəd kompyuter və 1 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ülvi Məmmədli tutulub.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar