Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 26-sı saat 19:45 radələrində Xətai rayonu M.Hadi küçəsində Bakı şəhər sakinləri 1980-ci il təvəllüdlü Vahid Rəfiyev idarə etdiyi «Mitsubishi» markalı avtomobillə 2000-ci il təvəllüdlü Fərrux Şahbazovu vurub. 14 yaşlı oğlan ağır xəsarətlə Neyrocərahiyyə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, mayın 2-i saat 21 radələrində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.