Bakıda məktəbə gələn valideyn şagirdi vəhşicəsinə döyüb
21 noyabr 2013 10:20 (UTC +04:00)

Bakıda məktəbə gələn valideyn şagirdi vəhşicəsinə döyüb

Noyabrın 20-də Bakının Xətai rayonu ərazisində yerləşən orta məktəblərdən birində insident baş verib. Xətai RPİ, 34-cü Polis Bölməsindən Lent. az-a verilən məlumata görə, 1976-cı il təvəllüdlü Vidadi Məlikov oğlu 15 yaşlı Vüqarın orta məktəbdə döyülməsi barədə polisə müraciət edib. V.Məlikov bildirib ki, oğlu Qaçaq Nəbi küçəsində yerləşən 95 saylı orta məktəbin şagirdidir. Onu sinif yoldaşının atası, Eldəniz adlı şəxs elə məktəbin dəhlizində şagirdlərin gözü qarşısında döyüb.

 

Sinif yoldaşları arasında baş vermiş münaqişənin səbəbi müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4914
avatar

Nizam Rza

Oxşar yazılar