Təhsil İdarəsi yanan məktəblə bağlı açıqlama yaydı - <span style="color:red;">HADİSƏ YERİNDƏN FOTO VƏ VİDEO -  <span style="color:red;">YENİLƏNİB
10 may 2018 14:33 (UTC +04:00)

Təhsil İdarəsi yanan məktəblə bağlı açıqlama yaydı - HADİSƏ YERİNDƏN FOTO VƏ VİDEO - YENİLƏNİB

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 273 saylı məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
 
 
BŞTİ-nin mətbuat xidmətindən Lent.az-ın sorğusuna verilən xəbərə görə, mayın 10-da saat 13:05 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb. Yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib.
 
 
Məktəbdən şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur.
 
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.
 
 
 
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub.
 
 
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib.
 

Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcəkdir.

 

 

***

 

 

14:00

 

Lent.az yanğın hadisəsi ilə bağlı görüntüləri təqdim edir. 

 

13:46

 

Bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın başlayıb. Lent.az-a verilən xəbərə görə, şagirdlər dərhal təxliyə olunub və ilkin nəticələrə görə yanğına qısa qapanma səbəb olub. Yanğınsöndürmə və təcili tibbi maşınlar əraziyə cəlb olunub. Hadisə ilə bağlı məktəbə və yaxın evlərə elektrik enerjisinin verilməsi dayandırılıb. 

 

Hadisənin doğruluğunu Lent.az-a Bakı Şəhər Təhsil İdarəsindən də təsdiqlədilər. 

 

273 Saylı Orta Məktəbdə Yanğın

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar