Bakıda məhkəmənin qarşısında intihar hadisəsi
19 dekabr 2013 10:52 (UTC +04:00)

Bakıda məhkəmənin qarşısında intihar hadisəsi

Bakının Nəsimi rayonu ərazisindəki parkdan asılmış vəziyyətdə kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Vəzirov küçəsindəki parkda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin binası ilə üzbəüz ərazidə şam ağacından asılı vəziyyətdə olan kişi meyiti tapılıb. Hadisə yerinə gələn prokurorluq əməkdaşları özünü öldürən şəxsin Bakı sakini, 1950-ci il təvəllüdlü Məmmədov Ağahəsən Əli oğlu olduğunu müəyyənləşdirib.

 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Nizam Rza

Oxşar yazılar