Bakıda maskalı şəxslər mənzilə basqın edib - <span style="color:red;">YENİLƏNİB
28 mart 2014 10:34 (UTC +04:00)

Bakıda maskalı şəxslər mənzilə basqın edib - YENİLƏNİB

0

Bakı şəhərinin Suraxanı rayonu ərazisində quldurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Yeni Günəşli qəsəbəsi D Yaşayış Massivi, ev 6 mənzil 103 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Abbasov Tural Fəxrəddin oğlu evinə edilən basqınla bağlı polisə müraciət edib. Şikayətçi bildirib ki, evdə olarkən qapı döyülüb və 2 maskalı şəxs aldatma yolu ilə mənzilə soxulub. Bıçaq və tapança ilə silahlanmış həmin şəxslərdən biri ev sahibinin boyun nahiyəsinə zərbə endirib. Daha sonra isə onlar evdə axtarış aparıblar. Mənzili alt-üst edən şəxslər heç bir şey götürmədən hadisə yerini tərk edib.

 

Hazırda faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2933

Oxşar yazılar