Bakıda maskalı şəxslər evə basqın edib
22 oktyabr 2015 17:40 (UTC +04:00)

Bakıda maskalı şəxslər evə basqın edib

0

Bakıda maskalı şəxslər evə basqın edib. Lent.az-ın məlumatına görə, Salyan yolu küçəsində fərdi yaşayış evinin sahibi, 1964-cü il təvəllüdlü Ağayev Mirzəddin Ağa oğlu polisə müraciət edərək maskalı şəxslərin evinə basqın etdiyini deyib.

 

Şikayətçi qeyd edib ki, 3 nəfər maskalı şəxs gecə saatlarında mənzildə kimsənin olmadığını zənn edərək pəncərədən evə daxil olublar. Bu zaman o yuxudan oyanıb və maskalı şəxslərlə üz-üzə gəlib. Ev sahibini itələyib yerə yıxan şəxslər evdən heç nə götürmədən uzaqlaşıblar.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar