Bakıda bir müddət əvvəl lombarda qızıl qoyan qadın polisə müraciət edib. Lent.az-ın məlumatına görə, Sabunçu sakini, 1978-ci il təvəllüdlü Məlikova Validə Səid qızı 9-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib ki, keçən ilin oktyabr ayında Əliyev Qulu Rəşid oğlunun işlətdiyi lombarda 3 min manat dəyərində qızıl qoyub. Qızılın müqabilində qadın 1600 manat pul götürüb. V.Məlikova bir müddət sonra qızlıllarını geri götürməyə gedib. Q.Əliyev isə ona qızıllarının artıq satıldığını bildirib. Səbəb göstərilib ki, qadın öhdəliyini vaxtında yerinə yetirməyib və ödənişləri gecikdirib.
V.Məlikova polisdən məsələnin araşdırılmasını xahiş edib.