Bakıda yoxa çıxan lisey şagirdi tapıldı - FOTO - YENİLƏNİB
14 iyun 2017 16:56 (UTC +04:00)

Bakıda yoxa çıxan lisey şagirdi tapıldı - FOTO - YENİLƏNİB

 

2 gün əvvəl Bakıda itkin düşən lisey şagirdi tapılıb. Lent.az xəbər verir ki, 16 yaşlı Məhərrəmzadə Dərya İlkin oğlu bu gün özü yaşadığı evə geri dönüb. Lakin o, harada olduğu barədə nəsə deməyib. Məsələ ilə bağlı polisə müvafiq izahat verilib.

 

Qeyd edək ki, D.Məhərrəmzadə Bakı şəhərində 12 saylı Peşə liseyində aşbazlıq üzrə təhsil alır. O, 12.06.2017-ci il tarixində səhər saat 6 radələrində məktəbə getmək üçün evdən çıxıb. Təhsil aldığı məktəbə gedən Məhərrəmzadə Dərya İlkin oğlu məktəbdə sinif yoldaşları ilə görüşdükdən sonra naməlum istiqamətdə gedib, bir daha geri qayıtmayıb.

 

 

*****

 

10:30

 

Bakıda 16 yaşlı məktəbli itkin düşüb. Lent.az xəbər verir ki, Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsində yerləşən məktəb-liseydə oxuyan 2001-ci il təvəllüdlü Məhərrəmzadə Dərya İlkin oğlu iyunun 12-də dərsdən çıxıb və həmin vaxtdan sonra ondan xəbər almaq mümkün olmayıb. 16 yaşlı oğlanın yaxınları onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.

 

Axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 98
avatar

Nizam Rza

Oxşar yazılar