Bakı şəhərinin Xətai rayonunda küçədən kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, ölən şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, meyit Xətai rayon sakini Kolatilov Pavel Valentinoviçə məxsusdur.
İlkin məlumata görə, P.Kolatilov öz əcəli ilə ölüb. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.