Bu gün səhər saatlarında bakının Binəqədi rayonunda küçədən kişi meyiti tapılıb. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Mir Cəlal küçəsində binanın qarşısından 40-45 yaşlı kişiyə məxsus meyit tapılıb. Meyit atletik bədən quruluşlu şəxsə malikdir və ölən şəxsin ağız boşluğunun ön hissəsində metal dişlər olub. Hazırda ölən şəxsin kimliyi araşdırılır.
Oxşar hadisə Nəsimi rayonunda da baş verib. Xətai rayonu, Babək prospekti ev 58, mənzil 80-də qeydiyyatla yaşayan 1952-ci il təvəllüdlü Həsənov Leonid Rəşidoviçin meyiti S.Rəhimov küçəsi ev 188 ünvanın qarşısında tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. L.Həsənovun ürək-damar çatışmazlığından öldüyü bildirilir.