Bakıda kişini döyüb 4 min manatını əlindən aldılar
06 fevral 2014 11:35 (UTC +04:00)

Bakıda kişini döyüb 4 min manatını əlindən aldılar

Bakıda soyğunçuluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 31-nə keçən gecə, Binəqədi şosesində 3 nəfər naməlum şəxs Göyçay rayon sakini Bəhlul Cavadovu döyərək cibindən 4000 manat pulunu və mobil telefonunu götürüb gediblər. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Sürət Məmmədov, Abşeron rayon sakinləri Pərvin Əlizadə və Yunis Quliyev tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1055

Oxşar yazılar