Sevdiyi oğlana görə özünü yandırdı - <span style="color:red;">YENİLƏNİB
30 yanvar 2014 14:32 (UTC +04:00)

Sevdiyi oğlana görə özünü yandırdı - YENİLƏNİB

Bu gün səhər saatlarında özünü yandıran 20 yaşlı Məleykə Bayramlının intiharının səbəbi məlum olub.

Lent.az-ın modern.az saytına istinadən verdiyi məlumata görə, gənc qız sevdiyi oğlan tərəfindən aldadılandan sonra intihara əl atıb. Qeyd edək ki, həmin oğlan barəsində hələ ki heç bir məlumat yoxdur.

 

****


"Özünü yandıran qızın yaşama şansı azdır"

 

5 saylı şəhər Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov bildirib:

“Tərəfimizdən bütün tədbirlər görülüb. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Yaxın iki həftə ərzində mücadilə edə bilərsə, vəziyyətinin hansı yönə dəyişə biləcəyini deyə bilərik. Yaşama ehtimalı isə çox azdır”. Lent.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, bunu 5 saylı şəhər Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov bildirib: 

“Xəstəni mən qəbul edib, sarğılarını, təyinatlarını da özüm etdim. Hazırda müşahidəm altındadır. Müayinə zamanı bəlli oldu ki, bədəninin 70 faizə yaxını yanıb. 3-cü dərəcə yanıq təsbit olundu. Yanıqlar hamısı dərindir. Eyni zamanda alov yanığı olduğundan, xəstənin ağciyər və bronxlarında inolyasiya yanıqları da var. Eskaratomoya əməliyyatı lazım ola bilər. Xəstənin yaxınlarından heç kim yoxdur. Qızın dediyinə görə, bir qoca anası var. O da hadisədən xəbərsizdir. Əslən Lənkəranlıdırlar. Bakıda yaşayırmış. İndiki vəziyyəti çox ağır olaraq davam etməkdədir.” 

Həkimin dediyinə görə, xəstə daxil olarkən özündə idi, danışa bilirdi: “Lakin ağrıları çox olduğundan ağrıkəsici ilə yatızdırdıq. Baş, boyun, üz, ön gövdə və arxa tərəf, hər iki  yuxarı ətraf tamam, genotal bölgə, hər iki budun iç və ön tərəfi yanıb.”

***

13:28

 

Bakıda kirayədə qalan qız özünü yandırdı

 

Bu gün Səbail rayonu ərazisində 22 yaşlı qız özünü yandırıb.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Mərkəzi Kliniki Xəstəxananın yaxınlığında, Parlament prospektində gənc qız üstünə benzin tökərək özünə od vurub.


Yaxınlıqdakı şəxslərin köməkliyi ilə qız xəstəxanaya aparılıb.

Araşdırma nəticəsində məlum olub ki, özünü yandıran şəxs Lənkəran rayon sakini, Yasamal rayonunda kirayədə yaşayan Bayramlı Məleykə İntiqam qızıdır. 22 yaşlı qızın hansı səbəbdən özünü yandırdığı hələ məlum deyil.

M. Bayramlının vəziyyəti ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9522
avatar

Nizam Rza

Oxşar yazılar