Dekabrın 9-da saat 17:30 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1-ci mikrorayonda yerləşən və Həbibova Lamiyə Akif qızına məxsus "Dost qapısı" kafesinin tualetində 1970-ci ildə Qazax rayonunda anadan olmuş Əsədov Azər Vidadi oğlunun meyiti tapılıb.
A.Əsədovun ürək çatışmazlığından öldüyü bildirilir. Araşdırma aparılır.