Bakıda bir neçə ay əvvəl itkin düşmüş qadının cinayət əməlinin üstü açılıb. Lent.az-ın məlumatına görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Bağdad Xanlarovanın evindən pul, qızıl, məişət və geyim əşyalarını oğurlayan şəxsin Könül Həsənova olması müəyyən edilib və o tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, K.Həsənova ötən il oktyabrın 9-dan itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Araşdırmalar davam etdirilir.